11.04.2014 [10:49] - Gündəm, Hadisə
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində bu il Qəbələ Radiolokasiya Stanisyasının (RLS) ərazisində 6 hərbi sursat aşkar edilib. Bu barədə ANAMA-nın əməliyyatlar üzrə meneceri Samir Poladov deyib.
Onun sözlərinə görə, RLS yerləşdiyi ərazidən tapılmış hərbi sursatlar tank əleyhinə minalardır.
ANAMA-nın meneceri qeyd edib ki, orada ümumilikdə 2 milyon 330 min kv.m. ərazi yoxlanılacaq. Minatəmizləmə əməliyyatları ANAMA-nın Çevik Əməliyyat Qrupu tərəfindən aparılır. İşlərin 2014-cü ilin sonundadək başa çatdırılması planlaşdırılır. Lakin təxminən 3 aydır başlanan işlərin aparılmasında müəyyən çətinliklər də yaranıb: "Ərazidə meşə örtüyü ilə yanaşı çoxlu kommunikasiya xətləri var. Ona görə də əməliyyat aparılması baxımından bura çox çətin və mürəkkəb ərazidir".
S.Poladov əlavə edib ki, bundan əlavə, Qəbələ RLS-in sifarişi əsasında 2013-cü ilin avqust ayında da ANAMA tərəfindən aparılan əməliyyat nəticəsində stansiyanın ərazisindən 1 mina tapılmışdı.
Qeyd edək ki, 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verirdi.
Azərbaycan müstəqilliyini elan etdikdən sonra dövlətləarası sazişə əsasən Qəbələ RLS 2013-cü ilədək Rusiyanın istifadəsində olub. 2002-ci ildə "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" imzalanıb. Lakin qarşılıqlı razılığa əsasən Rusiya 2012-ci il dekabrın 10-dan etibarən stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib.

Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |