23.05.2014 [13:10] - Gündəm, Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycan Respublikasında yaşayan Güney azərbaycanlı mühacirlərin 22 May (1 xordad) hərəkatının 8-ci ildönümü ilə bağlı
Bəyanatı
22 may hərəkatı millətimizn uzun illərdən bəri yığılıb qalmış etirazının göstərgəsi olmaqla yanaşı, Güney Azərbaycanın çağdaş milli-mədəni mübarizəsinin biçilənməsində önəmli rol oynadı. 22 may hərəkatını eyni halda 20-ci əsrin əvvəllərindən Güney Azərbaycanda demokratiya, insan haqları, insanların azadlığı və millətlərin öz müqəddəratını təyinetmə prinsipləri əsasında başlayan hərəkatların davamı kimidə dəyərləndirmək olar.
Haqq və ədalət uğrunda uzun illik mübarizə tarixinə malik olan Güney Azərbaycan xalqının bu qalxınması millətimizin öz haqlarına, o cümlədən milli kimliyinə yenidən yiyələnmə istəyini göstərməklə yanaşı, Güney azərbaycanlılarının öz haqları uğrunda mübarizədə əsas dayaqlarının Güneyin özündə olduğunu, bu milli-mədəni cərəyanın təməl prinsipinin özünə söykənmək və özünə güvənmək olduğunu sübut etdi.
Zəngin tarixi təcrübəyə malik hərəkatımız gerici Tehran rejiminin şovinist və mərkəzçi siyasəti qarşısında heç bir xarici qüvvə və cərəyana sökənmədən uğur qazana biləcəyi müəmasına aydınlıq gətirdi. Bu eyni halda Güney azərbaycanlıların fərqli dünyagörüşlərinə malik olmalarına baxmayaraq, haqq və ədalət uğrunda bir araya gəlməli, təməl məsələlərdə vahid mövqedən çıxış etməli olduqları zərurətini bildirdi.
Azərbaycan Respublikasında yaşayan aşağıda adları çəkilən Güney azərbaycanlı mühacirlər 22 may hərəkatının 8-ci ildönümündə bu yolda dünyasını dəyişənləri sayqı ilə anır, hakim duruma görə müstəqil olaraq Azərbaycan Respublikasında Güney azərbaycanlılar adına istənilən səviyyədə bu tarixi layiqincə qeyd edə bilmədiyimizdən dolayı təssüflənirik.
22 may 2014
Bakı
Atilla Maralanlı
Bəhmən Otaylı
Calal Musapur
Cavidan Elbars
Cavad Həmədanlı
Əli Nicat
Əlirza Amanbəyli
Əhməd Nəzəri
Həsən Səfəri
Hadi Makılı
Həsən Məhdəvi
Nəbi Soytürk
İsməli Miyanalı
Pərviz Urmulu
Sirus Azadi
Seyfəli Zakiri
Şahdust Mirzəli
Şəhzad Canpənah
Taymaz Dizəli
Vahid Vahidli
Yədulla Nəminli

Bu xəbər oxucular tərəfindən 1320 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |