27.05.2014 [13:51] - Mədəniyyət
Mirfatma xanımın şeirləri oxucular tərəfindən çox maraqla qarşılanır. Onun saytda təqdim olunan əvvəlki şeirlərinin mindən çox oxucuları vardır. İstedadlı ziyalı xanımın həyat müşahidələrində üstün cəhət ondan ibarətdir ki, oxucunun diqqətini insani keyfiyyətləri əks etdirən hadisələrə yönəldir. Bundan əlavə, təsvir etdiyi bədii lövhələrdə fəlsəfi süjetlər özünəməxsus deyimlərlə təqdim olunur və insanın dünyagörüşünün zənginləşməsinə yön verir. İndi təqdim etdiyimiz şeirlər də yuxarıda söylədiyimiz fikirlərlə səsləşən məzmundadır.
KÖKSÜ SEVDALI DÜNYAM
Ayaqyalın, başıaçıq
Yağış altda hey qaçardım...
Sahillərdə qarış-qarış
Görünməyən
İzlərini axtarardım.
Dönüşü yox o yolların,
Qəlbimdəki Sənə olan
Arzuların gedişini
Arzulardım.
Aman, Allah eylə yardım,
Sənli ikən Sənsiz oldu,
Köksü sevdalı dünyamın
Arzuları narın yağış...
Gəzdim onu qarış-qarış.
İstəsən də, isti baxış
Ötdü məndən, kənar oldu,
Əzab çəkdi, hədər oldu.
Köksü sevdalı dünyamın
Yanan odu yaman oldu.
Arzuları, diləkləri
Dərd əlindən talan oldu,
Dünya kimi yalan oldu
Köksü sevdalı dünyamın...
İSLANSIN DODAQLARIMIZ
Buludların arasından boylandı günəş,
Yaxın gəl, yox edək illərin həsrətini.
Şəfəqlər sevgilərin işığın qaytarır özünə,
Biz də yığaq əlindən -ətəyindən,
Tökülsün üzümüzə
göylərə çəkilmiş göz yaşları.
İslansın dodaqlarımız...
İsitsin istisilə, versin hərarətini
Həsrət fəlakətini alsın
alsın zaman əlindən.
Buludların arasından boylandı günəş,
Yaxın gəl, gəl əsirgəmə məhəbbətini.
Dünyaya meydan oxusun,
Şadlıq siminə toxunsun
titrəyən o əllərin, . .
Üşütməsin canını, yağışın damcıları.
Göy üzü boyunca süzülən
işığın rəngləri
Dolansın başına Yer adlı gəlinin.
Göstərsin canlı təbiət,
qoşalaşan fitrətini.
MƏHƏBBƏTİN KÖZÜ SÖNMÜŞ
Könlüm içir, nisgilli məhəbbətin göz yaşından,
Doya-doya abu-zəmzəm suyuymuş kimi,
Xəyallarım, göz önümdə xoşbəxtliyin yasından
Ötən ömrün, acısından məst olmuş kimi.
Sönmüş-susmuş hərarətim ocağında,
Nədir bilməm qəbahətin otağında
Mənə olan mətanətin, özü sönmür...
Yaradanın yaratdığı məhəbbətin közü sönmür...
KÖKSÜ SEVDALI DÜNYAM
Ayaqyalın, başıaçıq
Yağış altda hey qaçardım...
Sahillərdə qarış-qarış
Görünməyən
İzlərini axtarardım.
Dönüşü yox o yolların,
Qəlbimdəki Sənə olan
Arzuların gedişini
Arzulardım.
Aman, Allah eylə yardım,
Sənli ikən Sənsiz oldu,
Köksü sevdalı dünyamın
Arzuları narın yağış...
Gəzdim onu qarış-qarış.
İstəsən də, isti baxış
Ötdü məndən, kənar oldu,
Əzab çəkdi, hədər oldu.
Köksü sevdalı dünyamın
Yanan odu yaman oldu.
Arzuları, diləkləri
Dərd əlindən talan oldu,
Dünya kimi yalan oldu
Köksü sevdalı dünyamın...
İSLANSIN DODAQLARIMIZ
Buludların arasından boylandı günəş,
Yaxın gəl, yox edək illərin həsrətini.
Şəfəqlər sevgilərin işığın qaytarır özünə,
Biz də yığaq əlindən -ətəyindən,
Tökülsün üzümüzə
göylərə çəkilmiş göz yaşları.
İslansın dodaqlarımız...
İsitsin istisilə, versin hərarətini
Həsrət fəlakətini alsın
alsın zaman əlindən.
Buludların arasından boylandı günəş,
Yaxın gəl, gəl əsirgəmə məhəbbətini.
Dünyaya meydan oxusun,
Şadlıq siminə toxunsun
titrəyən o əllərin, . .
Üşütməsin canını, yağışın damcıları.
Göy üzü boyunca süzülən
işığın rəngləri
Dolansın başına Yer adlı gəlinin.
Göstərsin canlı təbiət,
qoşalaşan fitrətini.
MƏHƏBBƏTİN KÖZÜ SÖNMÜŞ
Könlüm içir, nisgilli məhəbbətin göz yaşından,
Doya-doya abu-zəmzəm suyuymuş kimi,
Xəyallarım, göz önümdə xoşbəxtliyin yasından
Ötən ömrün, acısından məst olmuş kimi.
Sönmüş-susmuş hərarətim ocağında,
Nədir bilməm qəbahətin otağında
Mənə olan mətanətin, özü sönmür...
Yaradanın yaratdığı məhəbbətin közü sönmür...
Bu xəbər oxucular tərəfindən 1228 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |