15.12.2011 [12:33] - İqtisadiyyat
Azərbaycanın 2011-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks olunan məlumatlara əsasən, həmin müddət ərzində ölkənin ərzaq məhsullarının idxalı 909,1 mln. ABŞ dolları təşkil edib.
Bu, ümumi idxalın (7,228 mlrd. dollar) cəmi 12,6%-nə bərabərdir.
«Ekonomist» jurnalının ekspertlərinin fikrincə, çox kiçik olan bu rəqəm ilk növbədə Azərbaycanın özünü ərzaqla təmin etmə qabiliyyətinin yüksək olduğunu əks etdirir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, həmin dövr ərzində Azərbaycanda ticarət və iaşə obyektləri vasitəsi ilə 7,152 mlrd. manat və ya orta məzənnə ilə təxminən 9,088 mlrd. dollar həcmində ərzaq məhsulları satılıb. Beləliklə, bunun yalnız 10%-ni idxal olunan mallar təşkil edib.
Bu nisbi göstəricilər Azərbaycanın ərzaq bazarında idxaldan asılılığının aşağı səviyyədə olmasını və bazarın əsasən yerli istehsal hesabına təmin edildiyini göstərir.

Bu xəbər oxucular tərəfindən 1607 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |