Şrift:
91 il əvvəl Dağlıq Qarabağ vilayəti yaradılıb
07.07.2014 [12:23] - Gündəm, Siyasət
1981-ci ildə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib

Azərbaycan 1923-cü il iyulun 7-də Azərbaycan SSR Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin dekreti ilə Azərbaycan torpaqlarında Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. 1981-ci il iyunun 16-da isə Azərbaycan SSR Ali Soveti “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qəbul edib və muxtariyyətin səlahiyyətlərində yeniliklər edilib. Dağlıq Qarabağdakı muxtariyyətin sonuncu rəsmi statusu da bu qanunla müəyyənləşib.

1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” qanun qüvvədən salınıb və onun ərazisini qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürüb.

Bundan əvvəl Dağlıq Qarabağ Muxtar Vilayətində Əsgəran, Hadrut (1923-cü ilədək adı Ağoğlan olub), Mardakert (Ağdərə), Martuni (Xocavənd), Şuşa rayonları və vilayət tabeli Stepanakert (Xankəndi) şəhəri daxil idi. Hazırda keçmiş Dağlıq Qarabağ muxtar vilayəti və onun ətrafında daha 7 rayon tam və ya qismən erməni işğalındadır.
Bu xəbər oxucular tərəfindən 1336 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed