Şrift:
Obama Ermənistana və Rusiyaya yeni səfirlər göndərir
11.07.2014 [12:11] - Gündəm, Siyasət
ABŞ prezidenti Barak Obama Ermənistandakı səfir postuna namizəd irəli sürüb. Senata Riçard Millzin təqdimatı verilib. Riçard Millz hazırda ABŞ-ın Livandakı səfirinin müavinidir. Əvvəllər ABŞ-ın Malta, Fransa, İrlandiya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, İraq və Pakistandakı diplomatik missiyalarında çalışıb.

Barak Obama Rusiyada səfir postuna Con Teffti təklif edib. Con Tefft əvvəllər ABŞ-ın Litva (2000-2003), Gürcüstan (2005-2009) və Ukraynada (2009-2013) səfiri olub. O, 1996-1999-cu illərdə ABŞ-ın Moskvadakı diplomatik missiyası rəhbərinin müavini, 1989-1992-ci illərdə isə Dövlət Departamentinin SSRİ/Rusiya və MDB şöbəsi rəhbərinin müavini postlarını tutub.

Bir çox ekspertlər Tefftin “rəngli inqilablar” üzrə mütəxəssis olduğunu iddia edirlər.

Tefftin namizədliyini Senat (parlamentin yuxarı palatası) təsdiqləməlidir.

ABŞ-ın Rusiyadakı səfiri postu 2014-cü ilin fevralında Maykl Makfol istefaya getdikdən sonra boşdur.
Bu xəbər oxucular tərəfindən 758 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed