Şrift:
7 saylı özüldə korroziyayadan mühafizə işləri yerinə yetirilir
16.07.2014 [09:54] - Gündəm, İqtisadiyyat
"Günəşli" yatağında hasilatın artırılması məqsədilə 12 istismar quyusunun qazılması üçün nəzərdə tutulan 7 saylı Dərin Dəniz Özülünün tikintisi davam etdirilir.

ARDNŞ-dən verilən məlumata görə, hazırda özülün inşa olunmuş hissələrində korroziyadan mühafizə tədbirləri görülür. Zığ istehsalat sahəsində hazırlanmış 2 ədəd M4Q və M5Q modullarında korroziyadan mühafizə işləri tamamlanmaq üzrədir.

Bundan başqa, 17460 kvadretmetrlik metal-konstruksiyanın səthi pas hissəciklərdən təmizlənmiş, ikikomponentli, epoksid boyalarla aşınmadan mühafizə olunmuşdur.

Qeyd edək ki, 7 saylı özülün tikintisinin cari ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulur.

Özüldə korroziyayadan mühafizə işləri "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 1058 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed