Şrift:
Çatışmazlığı kəmağıllılıq yaradan vitamin
11.08.2014 [14:54] - Sağlıq
Altı illik araşdırmanın nəticəsi bəlli oldu
Ağıl kəmliyinə səbəb olan vitaminin adı tapılıb.Britaniyalı alimlər 6 illik araşdırmadan sonra blə qənaətə gəliblər. Təcrübədə yüzlərlə insan iştirak edib.

Alimlər müəyyən ediblər ki, D vitamini çatışmazlığı ağıl kəmliyi riskini artırır.

Təcrübə başlayan anda heç bir könüllünün insult və ya ürək damar problemi olmayıb. 6 ildən sonra 1169 nəfərdə insult riski 1/10 olub.

Tibb işçilərinin sözlərinə görə, D vitamini günəş şüalarında, eləcə də balıq yağı və qida əlavələrində olur. Bunun üçün də gündə süd və süd məhsulları qəbul etmək məsləhətdir.

Lakin D vitaminin çox olması da yaxşı deyil. Belə ki, vitaminin artıqlığı təzyiq, ürəkbulanma, iştahın itməsinə səbəb ola bilər.
Bu xəbər oxucular tərəfindən 1101 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed