26.08.2014 [13:24] - Güney Azərbaycan xəbərləri, Hüquq
Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, Təbriz-Bakı aviareysi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Rasim Quliyevə məxsus baqaj rentgen aparatından keçərkən monitorda dərman preparatlarının təsviri görünüb.
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman R.Quliyevə məxsus çantadan 2 ədəd üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1 mg", 4 ədəd üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" sözləri və rəqəmləri yazılmış dərman qutuları aşkar edilib.
Dərman qutularının hər birinə ayrı-ayrılıqda keçirilən baxış zamanı isə üzərində "100 Scored Tablets CLONAZEPAM-SOBHAN 1mg" yazılmış qutuların hər birində 5 konvalyut olmaqla, cəmi 10 konvalyutda 200 ədəd yaşıl rəngli həb, üzərində "100 Sugar Coated Tablets CHLORDİAZEPOXİDE 5" yazılmış qutuların hər birində isə 5 konvalyut olmaqla, cəmi 20 konvalyutda 400 ədəd mavi rəngli həb aşkar olunaraq götürülüb.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin rəyinə əsasən, tədqiqata təqdim olunmuş 200 ədəd yaşıl rəngli həb - "Clonazepam-Sobhan 1 mq" adlı dərman preparatıdır və təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram təşkil edir. 400 ədəd mavi rəngli həb də "Chlordiazepoxide 5 mq" adlı dərman preparatı olub və təsiredici maddəsinin ümumi miqdarı 2 qram təşkil edir
Xatırladaq ki, sözügedən dərman preparatları "Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələr"in III Siyahısına daxildir.

Bu xəbər oxucular tərəfindən 1863 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |