Şrift:
SOCAR Turkey Enerji- Türkiyənin neft-kimya kompleksindəki aktivlərini birləşdirib
24.09.2014 [00:10] - Xəbərlər, Türk dünyası-Turan
"SOCAR Turkey Enerji" "Petkim" neft-kimya kompleksində iştirak çərçivəsində "SOCAR İzmir Petrokimya" ilə aktivləri birləşdirib. Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma üzrə Dövlət İdarəsi (Kamuoyunu Aydınlatma Platformu - KAP) məlumat verir.
Nəticədə "SOCAR Turkey Enerji"nin kompleksdə iştirak payı 61,32 faiz təşkil edib.
"SOCAR İzmir Petrokimya" 10,32 faizlik iştirak payına sahib olub.
Məlumata görə, "SOCAR Turkey Enerji" və törəmə şirkəti "SOCAR İzmir Petrokimya"nın birləşmə prosesi sentyabrın 22-də baş tutub.
Neft-kimya kompleksinin səhmlərinin 38,67 faizi hələ də İstanbul Fond Birjasında sərbəst tədavüldədir.
Bu xəbər oxucular tərəfindən 809 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed