Şrift:
Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon, 18 qeyri-islam təmayüllü dini icmaya isə 400 min manat ayrılıb
26.12.2011 [19:26] - Gündəm
Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə Nazirlər Kabineti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) və 18 qeyri-islam təmayüllü dini icmalara dövlət büdcəsindən maliyyə yardımı ayrılması barədə qərar verib.

APA-nın məlumatına görə, qərarla QMİ-yə 2 milyon manat, 18 qeyri-islam təmayüllü icmaların hamısına ümumilikdə 400 min manat vəsait ayrılıb.

Artıq ayrılmış vəsaitlərin müvafiq qurumlara köçürülməsi işi yekunlaşmaq üzrədir.

Qeyd edək ki, 400 min manat bu qeyri-islam təmayüllü dini icmalar arasında bölüşdürülüb:

Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan Yeparxiyası;
Bakı şəhəri Dağ Yəhudiləri dini icması;
Quba rayonu, Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icması;
Avropa Yəhudilərinin Bakı dini icması;
Azərbaycan Yəhudiləri dini icması;
“Sumqayıt Yəhudiləri”dini icması;
Gürcü Yəhudilərinin Bakı dini icması;
“Roma-Katolik Kilsəsinin Apostol Prefekturası”;
Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icması;
Svetlana Ağababayeva - Oğuz şəhəri Alban-Udi Xristian dini icması;
Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icması;
Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması;
Bakı şəhəri “Molokan ruhani-xristian” dini icması;
Sumqayıt şəhəri “Molokan ruhani-xristian” dini icması;
Qobustan rayonu Hilmilli kəndi “Molokan ruhani-xristian” dini icması;
“Yeni Həyat” Xristian İncil dini icması;
Xilaskar Yevangelik Lüteranların Bakı dini icması;
Bakı Krişna Şüuru dini icması.
Bu xəbər oxucular tərəfindən 1182 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed