Şrift:
İran 2 min kilometr uzaqdakı hədəfi vuran raketlər istehsal edib
12.11.2014 [13:26] - Güney Azərbaycan xəbərləri, Hərb
İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) Hava-Kosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə noyabrın 10-da jurnalistlərə qurumun silah-sursat istehsalı fəaliyyətindən və Suriyadakı rolundan danışıb.

Əmirəli Hacızadə deyib ki, “Sepah” bir neçə funksiyanı yerinə yetirməyə qadir olan raketlər istehsal edib: “Bu raketlər 2 min kilometr məsafədəki hədəfi vurmağa qadirdir. Raketlər həmçinin İsraili hədəfə almaq gücünə malikdir. Hərbi hissələrimiz həmin raketlərlə təchiz edilib”.

Əmirəli Hacızadə İranın Suriyada raket istehsal edən zavodlarına toxunub: “Suriyada raket istehsal edən zavodları biz yaratmışıq. Bu ölkənin raket istehsalı sənayesi əslində İrandan köçürülüb”.
Bu xəbər oxucular tərəfindən 702 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed