Şrift:
Azərbaycan Mərkəzi Bankı gələn il 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir
18.11.2014 [11:11] - İqtisadiyyat
2015-ci ildə milli valyutanın məzənnəsinin sabitliyini təmin etmək üçün Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta bazarında 1,5 mlrd. dollar həcmində xarici valyuta əldə etmək niyyətindədir.

“APA-Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək AMB bazara müdaxilə edə və 500 mln. dollar həcmində xarici valyuta əldə edə bilər. AMB-nin valyuta ehtiyatları bu ilin sonuna 15,5-15,7 mlrd. dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Onun fikrincə, gələn il intervensiya proqnozu nəzərə alınmaqla, 2016-cı ildə AMB-nin valyuta ehtiyatları minimum 17 mlrd. dollar təşkil edə bilər.

AMB valyuta bazarından 2010-cu ildə 1 385 mln. dollar, 2011-ci ildə 4 153 mln. dollar, 2012-ci ildə 1 584 mln. dollar, 2013-cü ildə 2 457 mln. dollar, 2014-cü ilin 6 ayında isə 967,4 mln. dollar məbləğində alışlar həyata keçirərək valyuta ehtiyatlarının artırılmasına yönəldib. Təkcə 2014-cü ilin I yarısında AMB-nin sərəncamında olan valyuta ehtiyatları 7% artaraq 15163 mln. dollar səviyyəsinə yüksəlib ki, bu da valyuta ehtiyatlarının kifayətliliyi üzrə beynəlxalq normaları əhəmiyyətli dərəcədə üstələyir.
Bu xəbər oxucular tərəfindən 990 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed