Şrift:
Azərbaycan cüdoçularının Böyük Dəbilqə turnirində rəqibləri müəyyənləşib
04.12.2014 [12:11] - İdman
Cüdo üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmamız sabah Yaponiyanın paytaxtı Tokioda start götürəcək “Böyük Dəbilqə”yə 14 idmançı ilə deyil, 10 cüdoçu ilə qatılacaq.

Belə ki, komandamızın baş məşqçisi Hacıağa Hacıəhmədov son anda Leyla Əliyeva (48 kq), Vüqar Şirinli (66 kq), Ramin Qurbanov (90 kq) və Elxan Məmmədovu (100 kq) səfərə aparmağa qərar verib. Həmçinin, Tokioda Məhəmmədəli Mehdiyev yeni - 90 kq çəki dərəcəsində tatamiyə çıxacaq. O, buna kimi 81 kq çəkidə mübarizə aparırdı.

Artıq yarışın püşkatma mərasimi də keçirilib. Püşkü cüdoçularımız üçün müsbət qiymətləndirmək olar. Çünki komandamızın liderlərin münasib rəqiblərlə üz-üzə gələcək. Millimizin üzvlərindən yalnız 60 kq çəki dərəcəsində döyüşəcək Orxan Səfərovla İlqar Müşkiyev eyni “setka”da yer alıblar. Onlar uğurla irəliləyəcəkləri halda 1/4 finalda qarşılaşacaqlar.

Püşkün nəticələri belədir:


5 dekabr
Kişilər
60 kq
Orxan Səfərov – Erik Takabatake (Braziliya)/Abdulaziz Albaşi (Səudiyyə Ərəbistanı)

İlqar Müşkiyev – Şenq-Tinq Huanq (Çin Taypeyi)/Janeyro Çan Ling (Madaqaskar)

Qadınlar
57 kq
Kifayət Qasımova – Miryam Roper (Almaniya)

6 dekabr
Kişilər
73 kq
Rüstəm Orucov – Fenq Mao Li (Çin Taypeyi)
Hüseyn Rəhimli – Şohey Ono (Yaponiya)

81 kq
Abdulhaqq Rəsullu – Daniel Qonzales (İspaniya)

7 dekabr
90 kq
Məhəmmədəli Mehdiyev – Mixael Jank (Sloveniya)
Firudin Dadaşov – Kamoliddin Xolmamatov (Qazaxıstan)

100 kq
Elmar Qasımov – Aaron Volf (Yaponiya)/Kil Reyes (Kanada)

+100 kq
Uşanqi Kokauri – Radek Hesl (Çexiya)

Qeyd edək ki, yarışda 65 ölkədən 424 (253 kişi, 171 qadın) cüdoçu qatılacaq.
Bu xəbər oxucular tərəfindən 855 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed