Şrift:
Bələdiyyələrə yerli vergi və ödənişlərin nagd şəkildə qəbul olunması qadağan edildi
04.02.2015 [00:21] - Xəbərlər, Hüquq
Azərbaycan Prezidenti İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Dəyişikliyə əsasən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinin birinci bəndinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələr əlavə edilib:

“Yerli vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilir. Bələdiyyələr tərəfindən yerli vergi və ödənişlərin nağd şəkildə qəbul olunması qadağandır.”.

Bu Qanun 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed