Şrift:
Iranda vali müavini: Biz türkük və “Yaşasın Azərbaycan” deyirik
11.02.2015 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan valisinin Siyasi və Təhlükəsizlik işləri üzrə müavini bu vilayətdə siyasi icmaların fəaliyyəti ilə əlaqədar danışarkən maraqlı məqama toxunub.
Səid Şəbistəri jurnalistlərlə görüşündə deyib:

“Biz türkük və dilimiz də Azərbaycan türkcəsidir. Tamaşaçılar stadionda “Yaşasın Azərbaycan” deməsin bəs nə desin?! Onlar da bu məmləkətin övladlarıdır. Kimsə “Traxtur” və “Yaşasın Azərbaycan” deməklə pantürkist olmaz. Biz də deyirik “Yaşasın Azərbaycan”. Azərbaycan da İranın bir hissəsidir.”

Vali müavini vurğulayıb ki, qövmlərarası nifaq salmaq qarşıdurma ilə nəticələnər. Bu isə həm dini-noqteyi nəzərdən həm də həyatda qəbuledilməzdir, belə şeylərdən uzaq olmalıyıq.
Bu xəbər oxucular tərəfindən 804 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed