13.02.2015 [12:56] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sərhədsiz Reportyorlar Beynəlxalq Təşkilatı fevralın 12-də dünyada media azadlığı və kütləvi informasiya vasitələrinin durumu ilə bağlı növbəti hesabatını yayıb.
Media azadlığının vəziyyəti ilə əlaqədar yayılan hesabatda İran dünyanın 180 ölkəsi arasında 173-cü yeri tutub. Təşkilatın 2014-cü ilində yayılmış hesabatında İran yenə həmin yeri tutmuşdu. Hesabatda təqdim edilən siyahıda, media azadlığının ən pis və acınacaqlı durumda olması baxımından yalnız 7 ölkə ( Sudan, Vyetnam, Çin, Suriya, Türkmənistan, Şimali Koreya və Efiopiya) İrandan sonrakı pillələrdə qərarlaşıb.
Siyahıda həmçinin dünyanın ən azad mediasına malik olan 3 Avropa ölkəsinin, (Finlandiya, Norveç və Danimarka) adları qeyd olunur. Finlandiya isə 5 ildən bəri ardıcıl olaraq “Sərhədsiz reportyorlar” təşkilatının media azadlığı ilə bağlı yaydığı hesabatında 1-ci yeri tutur.

Bu xəbər oxucular tərəfindən 885 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |