Şrift:
"SOCAR" yeni qaz quyusunu istismara verib
28.02.2015 [15:16] - Xəbərlər, İqtisadiyyat
“Qaradağ” yatağında yeni quyu istismara verilib

"DAVAM" Media Qrupu SOCAR-ın yaydığı məlumata əsasən xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) yeraltı qaz anbarı (YQA) kimi istifadə edilən “Qaradağ” yatağında yeni quyu istismara verib.

483 nömrəli quyu VIIA horizontuna qazılıb. Quyuya sutkalıq 100 min kubmetr qaz vurulması planlaşdırılır ki, həmin qazdan da payız-qış mövsümündə istifadə olunacaq.

Qeyd edək ki,“Qaradağ” YQA Bakıdan 25 kilometr cənub-şərqdə yerləşir və 1954-cü ildə istismara verilib. Ümumilikdə SOCAR-ın balansında iki yeraltı “Qalmaz” və “Qaradağ”qaz anbarları var.
Bu xəbər oxucular tərəfindən 821 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed