Şrift:
Kərəcdə plakatlar üzərində ana dili şüarları… (Fotolar)
07.03.2015 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
21 Fevral – Dünya Ana Dili Günündən bir neçə gün keçməsinə rəğmən soydaşlarımızın ana dili tələbləri gündəmdən düşmür.
Azərbaycanlı milli-mədəni fəallar Kərəcdə ana dildə təhsil tələbini plakatlar üzərində əks etdirib. Məlumata görə, Tehran-Kərəc yolunda üzərində “Hanı mənim ana dilim!?” və “Ana dilində mədrəsə” yazılmış plakatlar asılıb. Bütün bunlar o halda baş verir ki, Dünya Ana Dili Günündən bir neçə gün keçir və bu ərəfədə bir neçə azərbaycanlı fəal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qeyd edək ki, İranda 30 milyondan çox Azərbaycan türkü öz ana dilində təhsil hüququndan məhrumdur, onlara hətta Dünya Ana Dili Günündə mərasim keçirmək hüququ belə tanınmır.
Kərəcdə plakatlar üzərində ana dili şüarları… (Fotolar)

Kərəcdə plakatlar üzərində ana dili şüarları… (Fotolar)
Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed