Şrift:
Əlirza Fərşinin Dünya Ana Dili Günü mərasiminə icazə almaqla bağlı 62 səhifəlik fəaliyyət raportu yayılıb
11.03.2015 [10:03] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən günlərdə 21 Fevral – Dünya Ana Dili Gününü geridə qoyduq. Bu əlamətdar günü qeyd etmək üçün bir çox azərbaycanlı milli-mədəni fəal səy göstərdi. Lakin geniş şəkildə mərasim keçirmək rejimin basqıları nəticəsində mümkün olmadı.
Məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşi Dünya Ana Dili Günü mərasiminin keçiriləsi üçün hökumətdən icazə almağa ciddi səy göstərib və onun bu istiqamətdə fəaliyyəti ilə bağlı 62 səhifəlik bir raport yayılıb. Raportun başlanğıcında İran prezidentinin milli və dini azlıqların işləri üzrə yardımçısı Əli Yunisiyə məktub dərc olunub. Məktubda azərbaycanlı fəal bildirib ki, “ötən il məsullar Dünya Ana Dili Günü mərasiminin keçirilməsi üçün icazə almağa israr ediblər. Və ona görə də bu dəfə icazə almaq istəyirik.” Fəal bu barədə 62 günlük bir fəaliyyətdən raport da təqdim edib.

Xatırladaq ki, adını çəkdiyimiz fəal Dünya Ana Dili Günündə mərasim keçirməklə bağlı icazə almağa cəhd göstərdiyinə görə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və hazırda qeyri-müəyyən bir vəziyyətdə saxlanılır.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed