Şrift:
Azərbaycanlı girovlar barədə qondarma "apelyasiya məhkəməsi"nin "qərar"ı AŞPA-nın yaz sessiyasında qaldırılacaq
16.03.2015 [15:51] - Xəbərlər, Hüquq
Qondarma “Dağlıq Qarabağ respublikası”nın “apelyasiya məhkəməsi”nin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində "məhkəmə hökmü"nü qüvvədə saxlaması aprelin 20-24-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında gündəmə gətiriləcək. Bu barəd Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev qeyd edib ki, separatçı rejimin bu “qərar”ı gülməlidir: “Bizim soydaşlarımız qeyri-qanuni saxlanılıblar. Qondarma “məhkəmə” yaradıblar, “hökm” çıxarıblar, özləri də “apelyasiya” veriblər. Bunlar hamısı qeyri-ciddi və tamamilə hüquqdankənar hərəkətlərdir. Təbii ki, biz bu məsələni AŞPA-da səsləndirəcəyik”.

Millət vəkili əlavə edib ki, Azərbaycanın marağında olan digər məsələlər də nümayəndə heyəti tərəfindən qaldırılacaq: “Hər sessiya zamanı, sessiyalararası komitələrin iclasları zaman Azərbaycanın marağında olan məsələlər daim gündəmə gətirilir. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Sərsəng su anbarı, təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejmini tez-tez pozması ilə bağlı məsələlərin AŞPA-da gündəmə gətirilməsi və bu məsələlərlə bağlı ədalətli mövqeyin ortaya qoyulması ətrafında işimizi davam etdirəcəyik”.
Bu xəbər oxucular tərəfindən 833 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed