09.01.2012 [13:27] - Gündəm
"Azərbaycan Dəmir Yolları" QSC 20 Yanvar - Milli Matəm Günü ilə əlaqədar tədbirlər planı hazırlayıb. Bu barədə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, plan 1990-cı il 20 Yanvar hadisələrinin qurbanlarının xatirəsinin anılması ilə bağlı müvafiq tədbirlərin keçirilməsini nəzərdə tutur. Plana görə, 20 Yanvar qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək. Saat 12:00-da qatarların hərəkəti dayandırılacaq, lokomotivlər isə fit verəcək.
Habelə, Əzməmmədovun sözlərinə görə, hazırda Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəlişin pulsuz olması məsələsinə baxılır.
"Bu məsələ nəzərdən keçirilir, pulsuz gediş-gəlişin tətbiqi üçün QSC rəhbərliyinin müvafiq sərəncamı olmalıdır", - o deyib.
Ötən il yanvarın 20-də Abşeronun şəhərətrafı zonalarına elektrik qatarlarında gediş-gəliş Bakı vaxtı ilə saat 06:00-dan 23:00-dək pulsuz olmuşdu.

Bu xəbər oxucular tərəfindən 1017 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |