Şrift:
Somali paytaxtında terrorçular otelə basqın ediblər
28.03.2015 [10:18] - Gündəm, Hadisə
“Əş-Şabab” terrorçu qruplaşmasının üzvləri Somali paytaxtı Moqadişoda yerləşən otelə basqın ediblər.

“Röyters”in verdiyi məlumata görə, bu barədə yerli polisin yaydığı xəbərdə deyilir.

Bildirilir ki, həmin oteldə Somali hökumətinin nümayəndələri var.

Terrorçular hazırda otelin daxilində və binanın damındadırlar. Onların hansısa tələb irəli sürüb-sürmədiyi barədə məlumat verilmir. Otelin yerləşdiyi ərazidə partlayış səsləri eşidilib.

Qeyd edək ki, “Əş-Şabab” radikal islamçıların yer aldığı qruplaşmadır. Qruplaşmanın “Əl-Qaidə” beynəlxalq terrorçu təşkilatı ilə sıx əlaqələri var. “Əş-Şabab” yerli hökumətə qarşı silahlı mübarizə aparır və BMT-nin humanitar fəaliyyətinə mane olur.
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed