31.03.2015 [10:21] - Gündəm, İqtisadiyyat, Bildiriş
Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq MN-ə təqdim etməlidirlər.
“Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt MN-nin internet səhifəsində yerləşdirilib.
Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatları 30 gün müddətində MN-ə təqdim edilməlidir.
Maliyyə hesabatlarının təqdim edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |