30.09.2011 [16:47] - Gündəm
Azərbaycanda internetin inkişafı və yeni xidmətlərə tələbatın artması ilə əlaqədar ölkənin dövlət internet provayderləri - «Aztelekom» və «Bakinternet» şirkətləri oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salındığını elan edib.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, bu dəfə dövlət provayderlərinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50% arasında aşağı salınıb (orta hesabla 40%).
Provayderlərin xidmətlərinə əvvəllər qoşulmuş abonentlərin kanal sürəti artırılacaq. Məsələn, əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olacaq.

Bu xəbər oxucular tərəfindən 1112 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |