01.05.2015 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hər gün Güney Azərbaycanın müxtəlif bölgələrində qanlı yol qəzalarına şahid oluruq. Əsasən qeyri-standard yollarda baş verən qəzalar çoxsaylı insanların ölümü ilə nəticələnir.
Ərdəbil Vilayəti (ostan) Tibbi Ekspertiza Mərkəzinin baş müdiri bildirib ki, 1393-cü ildə (hicri-şəmsi təqvimi ilə) Ərdəbil vilayətində 216 nəfər yol qəzaları nəticəsində dünyasını dəyişib.
Doktor Vəlizadə Ərdəbil vilayəti Yol Güvənliyi Komissiyasının iclasında bunları qeyd edib:
“1393-cü ildə 216 nəfər yol qəzalarında həlak olub. Ötən ilin oxşar dövründəki 212 nəfərin öldüyünü nəzər aldıqda, qurbanların sayında 1.8 faiz artım görünür. Ölənlərdən 29-nun yaşı 15-dən az olub. Bu rəqəm ölənlərin 13.4 faizini təşkil etməkdədir.
O əlavə edib ki, “ölənlərin 188 nəfəri şəhərlərarası caddələrdə qeydə alınıb. Bu statistika (amar) 1392-ci ilə nisbətən 8.6 faiz artım deməkdir. Şəhərlər daxilində isə 28 nəfər yol qəzalarında dünyasını dəyişib. Bu keçən ilin oxşar müddəti ilə müqayisədə 28.2 faiz azalmanı göstərir.”
Vəlizadə bildirib ki, “1393-cü ildə yol qəzaları nəticəsində 4359 nəfər xəsarət alıb, bu rəqəm 1392-ci illə müqayisədə 0.7 faiz azalmanı göstərir.”

Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |