Şrift:
Təbriz Şəhər Şurasının rəis müavini türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması məsələsindən danışıb
19.05.2015 [13:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran prezidenti Həsən Ruhaninin prezidentliyə namzəd olduğu zaman, təbliğat-təşviqat dönəmi Urmu gölünü böhranının aradan qaldırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılmasına dair verdiyi vədlər zaman-zaman yerli məsullar tərəfindən dilə gətirilir, Lakin məlum olduğu kimi H.Ruhani günümüzə qədər bu istiqamətdə heç bir əməli addım atmayıb.
Təbriz Şəhər Şurasının rəis müavini bildirib ki, “türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması indiki prezidentin təbliğat-təşviqat dönəmi verdiyi əsas vədlərdən olub, ona görə də ümid edirik bu dəfəki səfərdə prezidentin verdiyi vəd yerinə yetiriləcək.”

İsmail Çəməni əlavə edib ki, “Urmu gölünü canlandırma məsələsi də H.Ruhaninin şüarlarından biri olub: “Urmu gölünü canlandırmaq bir insani məsələdir və özləri gölün canlandırılması ilə bağlı söz veriblər. Biz bu məsələnin ardını tutacayıq.”

O bildirib ki, daşımacılıq sahəsində məsələn avtobus almaq və Metroya büdcə ayırmaqla bağlı prezidentdən dəstək istəyəcəyik.

İ.Çəməni həmçinin mis sənayesinin təkmilləşdirilməsi, Şərqi Azərbaycan Vilayətinin yollarının yaxşılaşdırılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin yaradılması kimi mövzulara baxılmasının lazım olduğunu diqqətə çatdırıb.
Bu xəbər oxucular tərəfindən 622 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed