Şrift:
Təbrizin Acı Çayı bərbad vəziyyətdə
13.07.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan valisinin abadlaşdırma işləri üzrə müavini gündəlik 400 sulu palçıq daşıyan yük maşınının Acı Çaya boşaldılması və gündəlik 70 ton kanalizasiya tullantılarının bu çaya tökülməsi ilə bağlı danışarkən bunları xatırladıb:
“Təəssüflə iddia etdiyimiz birincilər şəhərində (Təbriz şəhəri nəzərdə tutulur) zibili boşaltmaq üçün yer tapılmır və hələ də zibillər ənənəvi şəkildə basdırılır, bu isə bizə yaraşmayan bir haldır.”

Purmehdi “Fars” xəbər agentliyi ilə danışıqda əlavə edib ki, hər halda zibillərin boşaldılması üçün bir neçə yer nəzərdə tutmuşuq. Qərara əsasən, 2 həftə ərzində son qərar veriləcək və sulu palçıqlar da zibillərlə birlikdə təyin ölünmüş yerə boşaldılacaq.”

Purmehdi əlavə edib ki, “biz bu işə olduqca ciddi yanaşırıq. Ətraf-Mühit idarəsi və valiliyin şəhərlər üzrə baş müdiri də bu işlə maraqlanır. Problemi həll etmək üçün hətta məhkəmə orqanlarından da istifadə edə bilərik.”

Qeyd edək ki, Güney Azərbaycanın bir çox şəhəri kimi Təbrizin də ekoloji və ətraf-mühit vəziyyəti son zamanlar ciddi nigaranlıqlara səbəb olub. Yerli məsullar dəfələrlə bu vəziyyətdən xüsusi ilə də Acı Çayın acınacaqlı durumu və Urmu gölü böhranından şikayətləniblər, lakin bu istiqamətdə hərhansı bir addımın atılması müşahidə olunmur.
Bu xəbər oxucular tərəfindən 671 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed