29.07.2015 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hazırda Ərdəbil zindanında məhbus həyatı yaşayan tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani iyulun 27-də (mordadın 6-da) zindan rəisinin üzr istəməsindən sonra aclıq aksiyasını dayandırıb.
Məlumata görə, Ərdəbil zindanının rəisi Məhbubi 2-ci gün günortadan sonra həbsxananın təknəfərlik məhbəs bölümünə gedib və tanınmış fəal A.Lisani ilə görüşüb. Zindan rəisi milli-mədəni fəaldan aclıq aksiyasını dayandırmağı xahiş edib və bildirib ki, “özü və bütün zindan məsulları tərəfindən sizdən və 7-ci bölümün məhbuslarından üzr istəyirik. Və söz verirəm ki, 7-ci bölümün bütün imkanları o cümlədən bölümün telefonu bərpa ediləcək”. A.Lisani isə onun cavabında bunları deyib: “Mən 7-ci bölümə gedəcəm və vəziyyəti müşahidə etdikdən sonra digər məhbuslarla birlikdə aclıq aksiyasını dayandıracam. Əgər zindan məsulları mən və 7-ci bölümün digər məhbusları ilə öz rəftarlarını islah etməsələr, mən yenidən aclıq aksiyasına başlayacam.”
A.Lisani və 7-ci bölümün məhbusları aclıq aksiyasını dayandırdıqdan sonra 8-ci bölümün məhbusları da aclıq aksiyalarını dayandırıblar.
Xəbər verdiyimiz kimi, tanımış azərbaycanlı milli-mədəni fəal A.Lisani İyulun 22-də (tirin 31-də) Ərdəbil şəhərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. 1 illik həbs cəzasını çəkmək üçün həbs edilən milli-mədəni fəal zindanın 7-ci bölümünə salınıb. 7-ci bölüm narkomanlar (motadlar) və cinayət işləri ittihamı ilə həbs edilən məhbuslara aiddir və bu bölümdə məhbusların saxlanma şəraiti olduqca ağırdır.
Ərdəbil inqilab məhkəməsinin 1-ci şöbəsi martın 25-də (fərvərdinin 5-də) məhkəmə qərarını yazılı olaraq elan edib.
A.Lisaninin 1 il müddətinə azadlıqdan məhrum edilməsi 2011-ci ildə (1390-cı il) Urmu gölü böhranı ilə bağlı keçirilən etiraz aksiyası ilə əlaqədardır. Həmin dosyeyə görə azərbaycanlı fəal sistemin əleyhinə təbliğ və ölkə təhlükəsizliyini pozmaq məqsədi ilə qrup yaratmaq kimi

Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |