20.08.2015 [01:56] - Xəbərlər, Sağlıq
“Bədxassəli şişlərdə şüa müalicəsinin Avropa və ABŞ standartlarına uyğun müasir metodlarla aparılması” mövzusunda Azərbaycan Milli Onkologiya Mərkəzi (MOM) mütəxəssisləri tərəfindən Qazaxstan onkoloqlarına treyninq kurslar keçirilir. Bu barədə bizə MOM şüa müalicəsi şöbəsinin rəhbəri, t.e.d., prof. İsa İsayev məlumat verdi. İ.İsayev bildirdi ki, MOM-un baş direktoru akademik Cəmil Əliyevin səyi nəticəsində klinika artıq dünya miqyasında tanınmış və nüfuzlu onkoloji mərkəzə çevrilmişdir:”Məhz bu səbəbdən kadrların hazırlanması işində mərkəzin əməkdaşlarına böyük etimad göstərilir. Bunu təsdiq edən faktlardan biri məhz Azərbaycan MOM-də Qazaxstandan olan radioterapevt, tibbi fizik, laborant-texniklərin kurs keçmələridir. Professor əlavə etdi ki, Qzaxstanın Semey və Aktobe şəhərlərinin onkoloji klinikalarının radiotarepevtləri, tibbi fizik və texnikləri üçün həyata keçirilən treyninqlər bu ilin 17 avqustdan başlamış və 9 oktyabra qədər davam edəcəkdir. Kurslarda 8 həkim-radioterapevt, 8 tibbi fizik, 8 isə iştirak edir. ABŞ-ın məşhur Varian Medical Systems şirkəti MOM ən müasir texniki avadanlıqlar və kadr potensialı ilə təmin olunduğunu, mərkəzdə onkoloji xəstələrə tibbi yardımın ən müasir standartlara cavab verən səviyyədə apaılmasını əsas götürərək Qazaxstanlı tibb işçilərinə bu kursların məhz Bakıda, Azərbaycan MOM şüa müalicəsi şöbəsində aparılmasını məsləhət görmüşdür.”
Bu xəbər oxucular tərəfindən 1482 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |