Şrift:
Yerli məsullardan Azərbaycan bölgələrində məişət problemləri ilə bağlı etiraf
22.08.2015 [11:06] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın müxtəlif bölgələrində yoxsulluq və işsizlik hökm sürür. Bu vəziyyət zaman-zaman rəsmi məsullar tərəfindən də dilə gətirilir.
İranın dini liderin Qərbi Azərbaycandakı nümayəndəsiSeyid Mehdi Qureyşi avqustun 20-də (mordadın 29-da) Valilikdə keçirilən tədbirlərin birində bildirib ki, “Qərbi Azərbaycanda əhalinin müxtəlif təbəqələri sözün əsl mənasında əzab çəkir.”

Seyid Mehdi Qureyşi sözlərini belə davam etdirib:

“Qərbi Azərbaycan vilayətinin əhalisi əslində İranın sərhədçiləridir, ona görə ki, bu vilayət 3 ölkə ilə həmsərhəddir. Digər vilayətlərdə əhali sərhədyanı olmaq özəlliyindən faydalanır, lakin Qərbi Azərbaycan əhalisi ondan məhrumdur. Həmçinin Gümrük məsullarının rəsmi rəqəmlərinə görə, Qərbi Azərbaycan ölkə üzrə idxal və ixracatda ikinci yeri tutur. İndi bu sual ortalığa çıxır, bütün bunların əhalinin məişətinə nə təsiri var?!”

Narkomaniyanı (mötadlığı) Qərbi Azərbaycanın daha bir ciddi problemi hesab edən S.M.Qureyşi vurğulayıb ki, bu istiqamətdə Qərbi Azərbaycana xüsusi diqqət ayrılmalıdır.

İslam İnqilabı Keşikçilər Korpusunun (Sepah) Xalxal şöbəsinin rəisi də bölgədə olan işsizliyi etiraf edib.

Mustafa Kərimi avqustun 21-də narkotik maddələri ilə mübarizə şurasının keçirdiyi iclasda bəyan edib ki, gənclərin narkotik maddələrinə meyillənməsinin əsas səbəbi işsizlik problemidir.

İşsizliyin toplumda bir bəla kimi yayılmasını bildirən Sepah rəisi, bu problemin qarşısını almaq üçün bütün orqanların səfərbər olmasını vacib sayıb.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed