Şrift:
Ərdəbilin keçmiş məsullarından biri Heyran Gədiyindən danışıb
27.08.2015 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil vilayətində yerləşən “Heyran gədiyi”nin bu vilayətdən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi hələ də gündəmdədir.
Bu barədə Ərdəbil vilayəti təbii qaynaqlar idarəsinin keçmiş rəisi öz fikirlərini bildirib: ““Heyran gədiyi” 1376-cı ildə (hicri-şəmsi təqvimi ilə) yəni Ərdəbil vilayət statusu aldıqdan sonra Azərbaycandan qoparılıb və Gilan vilayətinə ilhaq edilib.”

Həmid Pirmüəzzinin sözlərinə görə, ““Heyran gədiyi” Ərdəbil vilayət statusu aldıqdan 5 il sonra Gilan vilayətinə ilhaq edilib. O zamana qədər ki, bu bölgənin idarəçilik işləri Ərdəbil vilayəti tərəfindən həyata keçirilirdi, bu bölgənin təbiətinə heç bir müdaxilə vəya təxrib olunmayıb.”

H.Müəzzin əlavə edib ki, “1360-cı ildən bəri Ağayurd məntəqəsindən Baharistan və Fındıqlı bölgəsinə qədər Şərqi Azərbaycan vilayətinin təbii qaynaqlar sahəsinə aid olub. Ərdəbil vilayət statusu aldıqdan sonra bir sıra dəyişikliklər oldu və 1376-cı ildən sonra “Heyran gədiyi” Gilan vilayətinə verildi.”
Bu xəbər oxucular tərəfindən 785 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed