Şrift:
İranlı nazir: Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq
28.08.2015 [12:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın neft naziri Bijən Namdar Zəngənə avqustun 26-da dövlət televiziyasına müsahibəsində neft ixrac edən ölkələr təşkilatı “OPEC”dən və ölkənin nüft hasılatından danışıb.
Bijən Namdar Zəngənə deyib ki, İran “OPEC”ə üzv ölkələr arasında neftin hasılatı və ixracının həcmi ilə bağlı payına düşən miqdardan vaz keçməyəcək: “Hesab edirik ki, “OPEC”də İrana düşən pay tarixi bir paydır və özümüzə qaytarılmalıdır. Bu pay, ölkənin həyati parametrlərindən sayılır.

Neftin qiyməti yarıya düşsə də biz onun ixracatını artıracağıq. Hətta əgər bizim ixrac etdiyimiz neftin həcmi ikiqat artsa və neftin qiyməti yarıya qədər düşsə də yenə problem yoxdur. Çünki biz az qiymətə öyrəşmiş, müqavimətlə yaşamışıq. Bundan biz yox, başqaları nigaran olmalıdır.

Təəssüflər olsun ki, neft ixrac edən ölkələr təşkilatına “OPEC” üzv bəzi ölkələr dünya bazarlarında neftin qiymətinin artırılmasını istəmir, bununla da onlar digər üzv ölkələrə zərbə vurmağa çalışırlar”.

İranlı nazir həmin ölkələrin adlarını çəkməsə də, onun neftin qiymətinin düşməsinə baxmayaraq ixracını artıran Səudiyyə Ərəbistanını nəzərdə tutduğu təxmin edilir.

Qeyd edək ki, hazırda dünya bazarlarında neftin hər barelinin qiyməti 40 dollara düşüb.
Bu xəbər oxucular tərəfindən 941 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed