Şrift:
Parlamentin səhiyyə komisyonunun üzvü: Urmu gölünün quruması xərçəng və tənəffüs sistemi xəstəliklərini artırır
08.09.2015 [04:39] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölü böhranı ilə bağlı gözlənilən iqtisadi və ekoloji problemlərin sayı-hesabı yoxdur.
Bu dəfə gölün quruması və onun ətrafında yaşayan əhalini gözləyən problemlərlə bağlı İran parlamentinin səhiyyə komisyonunun üzvü danışıb.

Abid Fəttahi “Tasnim” xəbər agentliyinin müxbiri ilə danışıqda deyib:

“Urmu gölünün 90-95 faizi artıq quruyub. Bu vəziyyət bölgənin iqlim şəraitinə öz təsirini göstərib.

Duz fırtınaları qum fırtınalarından daha təhlükəlidir. Bu günə qədər Urmu gölü ətrafında bir ciddi duz fırtınası ilə qarşı-qarşıya qalmamışıq. Buna səbəb gölün yatağında 8-10 faiz rütubətin olmasıdır. Bu rütubət bərkimiş duzların qırılmasına mane olur. Lakin sözügedən rütubət aradan gedərsə, o zaman bölgədə yaşayan insanlarda bir çox xəstəliklərə şahid olacayıq. Xərçəng (sərətan), göz, ağciyər, burun, qulaq və boğaz xəstəlikləri o cümlədəndir.”

A.Fəttahi əlavə edib ki, “Urmu gölü dünyanın ikinci duzlu gölüdür və xüsusi əhəmiyyətə malikdir. Ona görə də İranda bütün rəsmi və qeyri-rəsmi məsullar onun nicatı üçün xüsusi həssaslıq göstərməlidir.”

O sözlərinin sonunda öz həmkarlarını tənqid edərək vurğulayıb ki, “Urmu gölünün nicatı üçün bütün millət vəkilləri səy göstərməlidir, lakin çox təssüflər olsun ki, bu sadəcə Qərbi Azərbaycan millət vəkilləri ilə məhdudlaşır.”
Bu xəbər oxucular tərəfindən 690 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed