Şrift:
Qərbi Azərbaycanda bütün kinoteatrlar sıradan çıxıb - 3 kinoteatr istisna olmaqla
17.09.2015 [11:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən xəbərlərimizdə Güney Azərbaycanda məktəb (mədrəsə) binalarının bərbad vəziyyətdə olduğu ilə bağlı geniş məlumat yaymışıq.
Bu dəfə isə oxşar problemın Qərbi Azərbaycan şəhərlərinin kinoteatrlarında (sinema) yaşandığı bildirilir. Qərbi Azərbaycan vilayətinin mərkəzi şəhəri Urmiyənin 3 kinoteatrı istisna olmaqla vilayət üzrə bütün kinoteatrlar sıradan çıxıb və tətil olunub.

Qərbi Azərbaycan İncəsənət Hövzəsinin rəisi bildirib ki, hazırda Qərbi Azərbaycan vilayətində fəaliyyət göstərən 19 kinoteatrdan yalnız 3-ü öz işini davam etdirir.

Əlirza Noruzi bu barədə deyib:

“Hal-hazırda Urmiyədən başqa Qərbi Azərbaycanın bütün şəhərləri kinoteatrdan məhrumdur. Urmiyədə isə yalnız 3 kinoteatr işləyir, onların da binası olduqca köhnədir və lazımi təchizatı olmadığı üçün müxatəblərin ehtiyaclarını ödəmir.”

Rəsmi orqanların kinoteatrların vəziyyətinə laqeyd münasibətini pisləyən Ə.Noruzi vurğulayıb ki, “Təchizatın köhnə olması, nümayiş zallarının (salon) standard olmamsı və yüksək səviyyəli filmlərin yayımlanmaması Qərbi Azərbaycan kinoteatrlarının işlərində geriləməyə səbəb oldu. Hazırda Urmiyədə 3 kinoteatr rəqəmsal yayım formatında xidmət göstərir, lakin bu xidmətin müxatəblərin cəlb etməsində müsbət təsiri hiss olunmur.”

Ə.Noruzi Qərbi Azərbaycan şəhərlərindəki kinoteatrların hamısının köhnə və 50 ildən çox ömrü olduğunu diqqətə çatdıraraq artıq bu kinoteatrların yararsız halda olduqlarını vurğulayıb. Onun söğzlərinə görə, büdcənin həddən artıq az olması kinoteatrlarda hərhansı ciddi bir təmir və dəyişiklik işlərinin aparılmasına imkan vermir.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed