Şrift:
Xamneyi: Şəhriyar İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir
21.09.2015 [15:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə Böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın adına keçirilən beynəlxalq qurultayın başa çatmasından bir gün sonra, sentyabrın 19-da İranın dini lideri ayətullah Əli Xamneyi “İnstaqram” sosial şəbəkəsində ona məxsus səhifədə bir post paylaşaraq Şəhriyar və onun şeirinə münasibətini bildirib.
Xamneyinin postunda, onun dini lider olmamışdan əvvəl, prezident olduğu vaxtda Təbrizdə böyük Azərbaycan şairinin evində Şəhriyarın hüzuruna getdiyi şəkil də paylaşılıb.

Xamneyi, paylaşdığı postunda Şəriyar və onun türk dilində yazdığı məşhur “Heydərbabaya salam” poemasına münasibət bildirib. Xamneyi yazıb: “Şəhriyar, İran tarixinin bütün dövrlərinin ən böyük şairlərindən biridir. Bu da onun “Heydərbabaya salam” şeirinə görədir. “Hedərbabaya salam” misilsiz bir şeirdir. Şəhriyarın bütün poetik xüsusiyyətləri bu şeirdə öz əksini tapıb. Yəni şeirə məxsus zövq, səfa, səlislik və digər müsbət xüsusiyyətlərin hamısı “Heydərbabaya salam” şeirində cəmləşib”.
Bu xəbər oxucular tərəfindən 850 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed