Şrift:
Kərrubinin müşaviri azadlığa buraxılıb
22.10.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı “yaşıl hərəkat”ın 5 ilə yaxındır ev dustaqlığında saxlanan liderlərindən biri olan Mehdi Kərrubinin müşaviri İsmayıl Girami Müqəddəm oktyabrın 20-si axşam saatlarında müvəqqəti azadlığa buraxılıb.
Həbsdə saxlandığı müddətdə görmə qabiliyyıətini az qala itirmək ərəfəsində olan və bir neçə xəstəlikdən əziyyət çəkən İsmayıl Girami Müqəddəmin müvəqqəti azadlığa buraxılması ailəsinin qoyduğu 1 milyard tümənlik (təxminən 300 min dollar) mülk girovu qarşılığında mümkün olub.
Qeyd edək ki, 2009-cu ildə İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra xaricə gedən İsmayıl Girami Müqəddəm bir neçə il mühacirətdə qalandan sonra bu ilin iyul ayında (tirin 26-da) ölkəyə qayıdan kimi tutulub və az sonra sistemə qarşı təbliğat aparmaqda və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq 6 illik həbsə məhkum edilib.
İsmayıl Girami Müqəddəm bundan əvvəl Mehdi Kərrubinin müşaviri olmaqla bərabər həm də ona mənsub Milli Etimad Partiyasının sözçüsü olub. Partiyanın fəaliyyətinə isə 2009-cu ildə ölkədə baş verən etirazlardan sonra qadağa qoyulub.
Bu xəbər oxucular tərəfindən 646 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed