13.11.2015 [10:35] - Güney Azərbaycan xəbərləri, Sağlıq
Güney Azərbaycanın paytaxtı Təbrizdə tutularkən polis zorakılığına məruz qoyularaq vəhşicəsinə döyülən milli-mədəni fəal Süheyl Qadirinin səhhətinin ağır olduğu barədə məlumat yayılıb.
Təbrizli fəala yaxın mənbələrin bildirdiyinə görə, onun səhhətinin ağır olması ailəsinin ciddi nigaranlığına səbəb olub. Süheyl Qadiri noyabrın 10-da Təbrizdə irqçılığa qarşı keçirilən dinc aksiyada tutulub. Onun hazırda təcili müalicə almağa ehtiyacı olduğu bildirilir. Fəalın konkret nədə günahlandırıldığı bilinmir.
Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb.

Bu xəbər oxucular tərəfindən 944 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |