26.11.2015 [15:05] - Xəbərlər, Mədəniyyət
Bu gün AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda, Azərbaycan Milli Elmlər Akademiyasının 70 illiyinə həsr olunmuş iclasda, ölkə prezidenti, cənab İlham Əliyevin məruzəsi ilə əlaqədar olaraq “Fəlsəfə və Hüquq İnstitutu qarşısında duran vəzifələr və onların həlli yolları”na həsr olunmuş ümumi iclas keçirilmişdir.
İclası giriş məruzəsi ilə açan İnstitut direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə Milli Elmlər Akademiyasının 70 illik yubileyinin yüksək səviyyədə keçirilməsi barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, yubiley tədbirlərində ölkə Prezidenti, cənab İlham Əliyevin proqram əhəmiyyətli, dərin məzmunlu məruzəsi alimlər qarşısında yeni və mühüm vəzifələr qoymuşdur. Elmin inkişafı üzrə yeni dövr üçün strategiyanın və dövlət proqramının hazırlanmasının vacibliyi əsaslandırılmışdır. Qeyd olunmuşdur ki, bu proqramın fəlsəfə və hüquq elmlərində aid olan hissəsi İnstitutumuzun alimləri tərəfindən kompleks şəkildə hazırlanmalı və həyata keçirilməlidir. O, əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev öz məruzəsində humanitar və ictimai elmlər sahəsində əldə edilmiş nailiyyətlərə yüksək qiymət verərək, ölkəmizin hazırda dünyanın multikulturalizm mərkəzinə çevrilməsini qürur hissi ilə vurğulamış, multikulturalizmin tarixinin, müasir vəziyyətinin, inkişaf meyllərinin tədqiq olunmasını alimlər qarşısında bir vəzifə kimi irəli sürmüşdür. Azərbaycan dilinin inkişafı, qorunub saxlanması, tətbiqi sahəsində müstəqillik illərində mühüm tədbirlər həyata keçirilsə də, ölkə Prezidenti bu işlərin daha da genişləndirilməsini və qətiyyətlə həyata keçirilməsini vacib hesab etmişdir.
Hüquqi dövlət quruculuğu mərhələsində Fəlsəfə və Hüquq İnstitutunun qarşısında duran vəzifələr barədə İnstitut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov məruzə etmiş və ölkə Prezidenti, cənab İlham Əliyevin yubiley tədbirlərindəki çıxışı ilə əlaqədar olaraq kompleks tədbirlərin hazırlanıb həyata keçirilməsinin vacibliyini əsaslandırmışdır.
Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov elmlərarası, fənlərarası tədqiqatların vacibliyi və əhəmiyyəti barədə danışaraq multidistplinar baxımdan yeni elmi metodların tətbiqini vacib hesab etmişdir.
Daha sonra iclasda elmi katib, f.ü.f.d. Səidə Əliyeva, elmi işlər üzrə direktor müavini f.ü.f.d. Roida Rzayeva, f.e.d. Rəna Mirzəzadə, h.e.d., prof. İsaxan Vəliyev, h.e.d. Mirağa Cəfərov, h.e.d., prof. Habil Qurbanov və başqaları çıxış edərək, ölkə Prezidenti, cənab İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrin vaxtında, keyfiyyətli və yüksək səviyyədə icrasını vacib hesab etmişlər.

Bu xəbər oxucular tərəfindən 773 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |