Şrift:
AKP -nin çoxluq təşkil etdiyi TBMM KOMİSSİYASI XOCALI SOYQIRIMI İLƏ BAĞLI MƏSƏLƏNİ GÜNDƏLİYƏ SALMAQ TƏKLİFİNİ QƏBUL ETMƏYİB
11.02.2012 [16:39] - Güney Azərbaycan xəbərləri
Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan parlamentin 9 fevral iclasında Xocalı soyqırımından danışıb. O, erməni vandalizminin ən son izlərinin 20 il əvvəl Azərbaycanın Xocalı şəhərində qaldığını vurğulayıb: “Xarici ölkələrdə Türkiyə əleyhinə “soyqırımı” ittihamları səsləndirildiyi bir şəraitdə Türkiyə Böyük Millət Məclisi bu qətliama siyasi qiymət verməlidir. Azərbaycan Respublikasının Milli Məclisi bu qətliamı soyqırımı kimi tanıyıb. Biz də parlamentə müvafiq qanun layihəsi təqdim etmişik. Lakin bu səhər xarici əlaqələr komissiyasının gündəliyinə Xocalı qətliamının soyqırımı kimi qəbul olunması məsələsini salmaq təklifimiz qəbul edilmədi. Ümidvaram ki, bu təklif qəbul olunacaq”.
Sinan Oğanın Türkiyə parlamentinə təqdim etdiyi qanun layihəsində Xocalıda ermənilərin törətdiyi qətliamın soyqırımı kimi tanınmasının zəruriliyi əsaslandırılıb, 26 fevralın Türkiyədə “Xocalı soyqırımı qurbanlarının xatirəsini anma günü” elan olunması təklif edilib. Qanun layihəsində ölkənin böyük şəhərlərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldılması, Ankaradakı Paris prospektinin Xocalı prospekti adlandırılması, De Qol prospektinə isə Xocalı qurbanlarından birinin adı verilməsi təklifləri də əksini tapıb.
Bu xəbər oxucular tərəfindən 1457 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed