Şrift:
Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.
29.03.2016 [10:58] - Gündəm, Bildiriş
Martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar Qubanın dağlıq ərazilərində qar örtüyünün hündürlüyü 10-15 sm-ə çatıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Ağdərədə 6, Daşkəsən, Göygöldə 2, Gədəbəydə 1, Qubanın dağlıq ərazilərində 10-15 sm-ə çatıb.
Bu xəbər oxucular tərəfindən 693 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed