Şrift:
İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov
29.05.2016 [10:48] - Xəbərlər, DAVAMın yazıları
O, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunudur.
Vəndama təyinat alsa da H.Zərdabinin və Ə.Topçubaşovun köməkliyi ilə
Bakıda müəllimliyə düzəlmiş, rus-tatar məktəvlərinin birində əvvəlcə adi sinif müəllimi,bir müddətdən sonra isə direktor işləmişdir.II Dövlət Dumasının deputatı kimi geniş fəaliyyət göstərmişdir. Duma buraxılandan sonra öz iş yerinə bərpa oluna bilməmişdir.Sonralar yenidən təhsil sahəsinə qayıda bilmişdir.
M.Mahmudov haqqında Azərbaycan və rus dillərində bir neçə yazımı oxuculara çatdırmışam. Haqqında çoxlu arxiv materialları toplamışam. Həkimlərin köməkliyi ilə müalicəmi qurtaran kimi növbəti iri həcmli yazımı sizlərə təqdim edəcəyəm.

Milli Şura

Azərbaycan Milli Şurası


İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov


İstiqlal bəyannaməsinin mətni


Rusiyada 1917-ci il fevral inqilabı qələbəsindən sonra Dövlət Dumasındakı Zaqafqaziyadan olan deputatların təşəbbüsü və müvəqqəti hökumətin qərarı ilə Zaqafqaziyanı idarə etmək üçün Duma deputatlarının üzvlüyü ilə Xüsusi Zaqafqaziya Komitəsi yaradılmışdı.
1917-ci ilin oktyabrında Petroqradda hakimiyyəti ələ keçirən bolşeviklər Rusiya Sovet Federativ Sosialist Respublikasını elan edirlər. Bolşeviklərin Petroqraddakı çevrilişi Zaqafqaziyada rəğbətlə qarşılanmır. 1917-ci il noyabrın 15-də Tiflisdə bu ərazidə yaşayan üç xalqın (Azərbaycan, gürcü və erməni) nümayəndələrindən ibarət Zaqafqaziya Komissarlığı yaradılır.
1917-ci il noyabrın 26-28-də Qafqazdan Rusiya Müəssislər Məclisinə seçkilər keçirilir. 1918 ilin yanvarında bolşeviklər Rusiyada Müəssislər Məclisini buraxdıqdan sonra Zaqafqaziya Diyar Soveti yerli hökumət strukturunun yaradılmasını qərara alır. Zaqafqaziyadan Rusiya Müəssislər-Məclisinə seçilmiş deputatlar 1918-ci il fevralın 14-də Tiflisdə hakimiyyət orqanı kimi, Zaqafqaziya Seyminin yaradılması qərara alınır.
Zaqafqaziya Seymində Azərbaycanı 44 deputatdan ibarət dörd müsəlman partiyası -"Müsavat" və ona qoşulan demokratik bitərəflər qrupu, "Müsəlman sosialist bloku", "Rusiyada Müsəlmanlıq" ("İttihad"), "Hümmət" (menşevik) partiyaları təmsil edirdi.
Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilmişdir. Mayın 27-də artıq keçmiş Seymin Müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırmış və Müvəqqəti Milli Şura yaratmağı qərara almışdı. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişinin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirilmiş və Azərbaycanın Müstəqil Cümhuriyyət elan edilməsi məsələsi müzakirə edilmişdir.

İstiqlal Bəyannaməsini imzalayanlardan biri Kürdəmirli Mustafa Mahmudov


İstiqlaliyyətin elan olunması haqqında teleqram. 1918, 30 may


Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etmiş, müstəqillik haqqında Akt - İstiqlal bəyannaməsi qəbul etmişdir. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər: Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə. Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar.
Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar.
Həmin iclasda Milli Şura ilk müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir. Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-sinədək – yəni ilk parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

Azərbaycan Milli Şurasının tərkibi

"Müsavat" və demokratik bitərəflər qrupu


Məmməd Yusif Cəfərov
Əlimərdan bəy Topçubaşov
Məhəmməd Əmin Rəsulzadə
Nəsib bəy Yusifbəyli
Həsən bəy Ağayev
Xosrov Paşa bəy Sultanov
Məmməd Həsən Hacınski
Mir Hidayət Seyidov
Fətəli xan Xoyski
Xəlil bəy Xasməmmədov
Qazı Əhməd Məhəmmədbəyov
Aslan bəy Qardaşov
Şəfi bəy Rüstəmbəyli
Cavad bəy Məlik-Yeqanov
Mustafa Mahmudov
Mehdi bəy Hacıbababəyov
Hacı Molla Səlim Axundzadə
Mehdi bəy Hacınski
Xudadat bəy Məlik-Aslanov
Müseyib Əxicanov
Lütfəli bəy Behbudov
Firudin bəy Köçərli
İbrahim ağa Vəkilov
Həmid bəy Şahtaxtinski
Rəhim Vəkilov
Ələsgər Mahmudbəyov
Yusif əfəndi Əfəndizadə
Mirzə Cəlal Yusifzadə
Məmmədrza ağa Vəkilov
İslam bəy Qəbulov
Müsəlman sosialist bloku


İbrahim bəy Heydərov
Əlixan Qantəmir
Aslan bəy Səfikürdski
Əhməd Cövdət Pepinov
Bağır Rzayev
Camo Hacınski
Məhəmməd Məhərrəmov
"Rusiyada müsəlmanlıq" ("İttihad")


Sultanməcid Qənizadə
Mir Yaqub Mehdiyev
Heybətqulu Məmmədbəyov
Müsəlman sosial-demokrat menşevik partiyası "Hümmət"


Cəfər Axundov
İbrahim Əbilov
Əkbər Ağa Şeyxülislamov
Səmədağa Ağamalıoğlu
Bu xəbər oxucular tərəfindən 1057 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed