Şrift:
"Ermənilərlə döyüşməklə borcumu bir az kompensasiya etdim"
28.06.2016 [11:29] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Vaxtilə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişəm. Bizim institutda hərbi kafedra var idi. O zaman Sovet dövründə institutu bitirəndə hərbi rütbə verilirdi, zabit olurduq. Mən də ehtiyatda olan zabit idim. O zamanlar kurs bitəndən sonra 45 günlük hərbi xidmət keçilirdi. Mən həmin 45 günlük xidməti keçmişəm. Bizim xidmətimiz Astarada motoatıcı diviziyada zabit kimi kurs keçməkdən ibarət olub.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

Amma millət vəkilinin sözlərinə görə, daha sonralar bunun əvəzini artıqlaması ilə ödəyib: "Elə oldu ki, birinci Qarabağ savaşı başlayanda könüllü dəstələr yaratdıq və bir neçə il torpaqlarımızı işğal edən ermənilərlə döyüşməklə bunu bir az kompensasiya edə bilmişəm. Mən 1988-93-cü illərdə ordunun yaranması üçün mübarizə aparmışam. Hətta buna görə qanunsuz silahlı dəstələr yaratmaqda ittiham olunmuşam və 1995-2002-ci illərdə həbsdə yatmışam. Amma bununla fəxr edirəm".

İlkin İzzət

Milli.Az
Bu xəbər oxucular tərəfindən 825 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed