Şrift:
İyunda dünya bazarında xam neftin qiymətləri
02.07.2016 [11:14] - Gündəm, İqtisadiyyat
İyun ayında dünya bazarında xam neftin qiymətləri açıqlanıb. SOCAr-ın saytı məlumat verir ki, ötən ay dünya bazarında Brent tipli xam neftin 1 bareli 48,34 dollara, Urals nefti 47,15 dollara, BTC FOB Ceyhan tipli xam neft isə 49,41 dollara satılıb.

Həmin dönəmdə SOCAR xam neft ixracını azaldıb. Belə ki, SOCAR 2016-cı ilin iyun ayında Novorossiysk limanından 159 574 ton, Supsa limanından 176 120 ton, Ceyhan limanından 1 340 337 ton xam neft ixrac edib.

Ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 479 073 ton (ötən ilin analoji dövründə 678,05 min ton), Supsa limanından 1 217 067 ton (1,52 milyon ton), Ceyhan limanından 8 536 793 ton (9,2 milyon ton), Kulevi terminalından isə 14 946 ton xam neft ixrac edilib.
Bu xəbər oxucular tərəfindən 643 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed