Şrift:
Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir: audio
05.07.2016 [11:22] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
MDHP sədri, millət vəkili Fərəc Quliyevin "AZADLIQ RADİOSU"na müsahibəsini təqdim ediriik:

Azərbaycanlı ekspertlər Rusiya-Ermənistan arasında hərbi sazişi şərh edirlər
Ermənistan parlamenti Rusiya ilə bağladığı Vahid Havadan Müdafiə Sistemi sazişini ratifikasiya eləyib.

Bu o deməkdir ki, artıq Ermənistan səmasında görünən hər hansı hərbi təyyarənin daha tez aşkarlanması, koordinatlarını müəyyənləşdirilməsi, hərbi cavab verməsi imkanları artır. Bəzi ekspertlər bu radarların, əsasən, Qarabağ səması üçün işləyəcəyini hesab edirlər.

Üstəlik, Rusiya ilə vahid havadan müdafiə sisteminə qoşulmaqla Ermənistanın Qarabağda hərbi və siyasi gücünün artdığını söyləyənlər də var.
Fərəc Quliyev: Azərbaycan öz torpaqlarını azad etməlidir .
“Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi...”

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev bu sazişi Rusiyanın Ermənistana göstərdiyi hərbi dəstək addımlarından biri kimi qiymətləndirir. Deputat deyir ki, indiyədək Ermənistan “Rusiya bayrağı altında hərbi parad keçirir” və qonşu ölkənin ordusu elə Rusiya tərəfindən idarə olunur.

Fərəc Quliyev hesab edir ki, belə sazişlər Azərbaycanı işğal olunmuş ərazilərini azad etmək fikrindən çəkindirməməlidir:

“Tutaq ki, Azərbaycana daha güclü dövlət hücum elədi, Azərbaycan gerimi çəkilməlidir? Biz Konstitusiyamıza görə də, beynəlxalq konvensiyalara görə də, BMT-nin qətnamələrinə görə də torpaqlarımızı azad etməliyik. Ermənistanı kim gücləndirir gücləndirsin, biz öz müdafiəmizi aparmalıyıq”.

Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed