Şrift:
Səhiyyə naziri: Savadlı mütəxəssislərə ehtiyac var
09.07.2016 [11:36] - Gündəm, Sağlıq
Bu gün Azərbaycanda uşaq kardiocərrahiyyəsi ilə bağlı, demək olar, növbə yoxdur.

Bunu səhiyyə naziri Oqtay Şirəliyev Səhiyyə Nazirliyində keçirilən kollegiya iclasında çıxış edərkən deyib.

Nazir bildirib ki, belə mürəkkəb əməliyyatları həyata keçirmək üçün güclü maddi-texniki baza ilə yanaşı, savadlı mütəxəssislərə də ehtiyac var.

O.Şirəliyev bunu nəzərə alaraq, təhsil sistemində köklü dəyişikliklərin aparıldığını söyləyib: "Artıq bir neçə ildir ki, baza tibb təhsili ilə yanaşı, dar ixtisaslı mütəxəssislərin yetişdirilməsi üçün rezidentura təhsil pilləsi var. Rezidenturada təhsil alan tələbələr bir neçə il qabaqcıl klinikalarda təcrübəli mütəxəssislərlə birgə işləmək, onlardan öyrənmək va sonra sərbəst həkim kimi çalışmaq imkanı qazanırlar".
Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed