07.10.2011 [11:45] - Gündəm
ATƏT Parlament Assambleyasının rəsmi saytı haker hücumuna məruz qalıb.
Hazırda sayta giriş mümkün deyil. http://www.oscepa.org ünvanına daxil olan zaman ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzərində “Qarabağ-bizimdir” sözləri yazılmış Azərbaycanın xəritəsi çıxır.
Xatırladaq ki, bu gün Xorvatiyanın Dubrovnik şəhərində ATƏT PA-nın növbəti payız sessiyasının açılış mərasimi keçiriləcək. Sessiya çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də müzakirə olunacaq. “Münaqişələrin nizamlanmasında ATƏT-in rolu: Dağlıq Qarabağ” mövzusunda müzakirələrə ATƏT-in Cənubi Qafqazda münaqişələr üzrə yeni xüsusi nümayəndəsi Joao Soareş sədrlik edəcək. Müzakirələrdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Bernar Fasie və İqor Popov da iştirak edəcəklər.

Bu xəbər oxucular tərəfindən 1454 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |