Şrift:
IMF növbəti dəfə Azərbaycan üzrə proqnozunu yaxşılaşdırıb
24.10.2016 [11:24] - Gündəm, İqtisadiyyat
Azərbaycanda ümumdaxili məhsul istehsalı (ÜDM) bu il 1% artacaq.

Bu barədə Beynəlxalq Valyuta Fondunun (International Monetary Fund, IMF) "Qafqaz və Mərkəzi Asiya" ilə bağlı açıqladığı növbəti proqnozda deyilir.

Proqnoza əsasən, 2017-ci ildə Azərbaycanda 2,4%-lik iqtisadi artım olacaq.

Maraqlıdır ki, bundan öncə IMF bu il üzrə Azərbaycanda 2,4%-lik iqtisadi azalma, gələn il üzrə isə 1,4%-lik artım proqnozlaşdırıb.

Hesabatda həmçinin deyilir ki, bu il Azərbaycanda orta illik inflyasiya 10,8%, gələn il isə 8,7% səviyyəsində olacaq. Halbuki, bundan öncə bu göstəricilər müvafiq olaraq 10,2% və 8,5% olub.

Tədiyyə balansının isə bu il 3,5% azalacağı, 2017-ci ildə isə 2% azalacağı proqnozlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 585 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed