Şrift:
Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq
28.10.2016 [12:09] - Gündəm, Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisi təşkil olunacaq.
Muzeyin mətbuat xidmətindən verilən məlumata görə, sərgi noyabr ayının 8-də baş tutacaq.
Muzeyin “Etnoqrafiya”, “Xüsusi” və “Arxeologiya” fondlarının materiallarının cəlb edildiyi sərgidə 250 eksponat nümayiş olunacaq. Ziyarətçilər baş bəzəkləri, düymə və piləklər, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, ayaq geyim bəzəkləri, tikmələr, toxuma bəzəkləri ilə tanış ola biləcəklər.
Sərgi fevralın 1-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 601 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed