Şrift:
Azərbaycan banklarının xarici öhdəlikləri azalıb
07.11.2016 [14:43] - Gündəm, İqtisadiyyat
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi 2016-cı il oktyabrın 1-nə 6 358 mln. manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı (AMB) xəbər verir ki, bu, sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 101,6 mln. manat və ya 1,57%, ilin əvvəlinə olan göstərici ilə müqayisədə 1 846,5 mln. manat və ya 22,5% azdır. Bununla yanaşı, keçən ilin analoji dövrü ilə müqayisədə bu göstərici 72,8 mln. manat və ya 1,16% artıb.
"Report"un analitik qrupu hesab edir ki, kommersiya banklarının xarici öhdəliklərinin ilin əvvəli ilə müqayisədə azalması AMB-nin kommersiya banklarına tələbinin artması ilə izah olunur: "Yəni, AMB kommersiya banklarına xarici borclarını ödəmək üçün ilin əvvəlindən 1,9 mlrd. manata yaxın vəsait verib. Ümumiyyətlə, bank sektorunun AMB-yə və xaricə öhdəlikləri sentyabr ayında bir qədər azalıb".
Bu xəbər oxucular tərəfindən 524 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed